İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri arasında BDU tələbələri də var

18/05/2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ADA Universiteti ilə birgə 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş tədbir keçirib. Tədbiri giriş sözü ilə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açıb. Tədbir "Sosial inkişaf üçün İKT sahibkarlığı" mövzusunda panel ilə davam etdirilib. Sonra Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Ümumilikdə 22 ali təhsil müəssisəsindən 55 komandanın iştirak etdiyi olimpiada iki mərhələdə keçirilib. İkinci mərhələdə ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 13 komanda olimpiadanın finalına vəsiqə qazanıb.
Qaliblər arasında Bakı Dövlət Universiteti də var. Qaliblər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla, habelə tutduqları yerə müvafiq olaraq, "HP", "Azerfon" və "Caspian Telekom" şirkətləri tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mətbuat və informasiya şöbəsi, 18 may 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!