İndoneziyanın ölkəmizdəki səfiri BDU-da olub

26/09/2012

Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyev və Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova İndoneziyanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto, səfirin müşaviri Aqus Trimartono, İndoneziya Xarici işlər nazirliyinin təhsil və treyninq üzrə mərkəzinin rəhbəri  Hazairin Pohan, Təhsil və treyninq üzrə mərkəzin Planlaşdırma və Dəyərləndirmə məsələləri üzrə rəhbər müavini Yudi Alamin və  İndoneziya Xarici işlər nazirliyinin əməkdaşı İbrahim Çaraka Debe ilə görüşüblər.

Görüş zamanı tədris və tədqiqatlar sahəsində əməkdaşlıq işləri müzakirə olunub, birgə layihələrin və elmi əməkdaşlığın inkişafı üçün universitetlərarası əməkdaşlıq proqramlarının hazırlanması müzakirə edilib. Səfir İndoneziyanın Xarici İşlər Naziliyi tərəfindən təşkil edilmiş Təhsil və Treyninq mərkəzi barədə informasiya verib. Bu mərkəzdən BDU tələbələrinin də gələcəkdə yararlana biləcəyini qeyd edib.

Qonaqlar BDU ilə yaxından tanış olub, elmi-tədqiqat laboratoriyalarına baxış keçirib və yüksək təəssüratla ayrılıblar.

Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!