Üçüncü “Mobillik qrantı” müsabiqəsinin qalibləri elan edilib

07/01/2014

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətlərini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq üçün EİF-in xüsusi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü ildə keçirilmiş “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib. Üçüncü “Mobillik qrantı” müsabiqəsi üzrə 14 qalib layihə müəyyənləşdirilib. Qaliblər arasında olan Bakı  Dövlət Universitetininn əməkdaşları Ağayev Şahin  Sabir oğlu Almaniyanın Regensburq Universitetinin  Nəzəri Fizika İnstitutunda, Hacıyeva Flora Vidadi qızı Türkiyənin Hacettepe Universitetinin  Radiasiya və Polimerlər Elmləri laboratoriyasında və  İsrayılova Aygün Əlimərdan qızı Çex Respublikasının  Kimya Texnologiyaları İnstitutunda  bir aylıq elmi tədqiqat işi aparacaqlar.

Mətbuat və informasiya şöbəsi, 7 yanvar 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!