Nanotexnologiya və biotexnologiya sahəsində birgə tədqiqatların aparılması müzakirə olunub

18/01/2017

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Salman Xodadadi və İranın Azərbaycandakı səfirliyi nəzdindəki İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində olublar. Qonaqlar BDU-nun  laboratoriyaları, o cümlədən Nanotexnologiya Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan sonra rektor, akademik Abel Məhərrəmovla görüşüblər.  Rektor İran-Azərbaycan münasibətlərindən, o cümlədən İran İslam Respublikasının bir sıra universitetləri ilə uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib, nonotexnologiya və biotexnologiya  sahəsində birgə tədqiqatların aparılmasından, dərsliklərin hazırlanmasından danışıb.

Qonaqlar BDU-da olmaqlarından məmnunluqlarını ifadə edərək Azərbaycanda bütün sahələrdə olduğu kimi elm sahəsində də sürətli inkişafın şahidi olduqlarını, İran İslam Respublikası universitetlərinin BDU ilə elmi müstəvidə işlərin genişləndirməsinin əhəmiyyətini qeyd edərək ölkələrarası elm və təhsil sahəsində həyata keçiriləcək bütün layihələri dəstəkləməyə hazır olduqlarını bildiriblər. Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Mətbuat və informasiya şöbəsi, 18 yanvar 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!