Nano Araşdırmalar Mərkəzi ilə Lozanna Politexnik Federal İnstitutu arasında SCOPES proqramı çərçivəsində birgə elmi tədqiqat işləri aparılır

18/07/2013

Bakı Dövlət Universitetinin Fizika fakültəsi, Nanomaterialların Kimyəvi Fizikası kafedrasının nəzdindəki Nano Araşdırmalar Mərkəzi ilə Lozanna Politexnik Federal İnstitutu  arasında  İsveçrənin Elm Fondu tərəfindən maliyələşdirilən SCOPES proqramı çərçivəsində (Project - IZ73Z0_128068) birgə elmi tədqiqat işləri aparılır. Layihə 2010-cu ildən yerinə yetirilir və 2012-ci ilin dekabrında başa çatmalı idi. Layihənin uğurla yerinə yetirildiyini nəzərə alaraq Lozanna Politexnik Federal İnstitutunun təklifi ilə İsveçrənin Elm Fondu ona  əlavə vəsait ayırmışdır və vaxtı uzadılmışdır. Hal hazırda Layihə çərçivəsində Fizika fakultəsinin dekanı prof. Məhəmmədəli Ramazanov və aparıcı elmi işçi dos. İsmət Əhmədov Lozannada elmi səfərdədir. 15 iyul 2013-cü il tarixində Lozanna Politexnik Federal İnstitutunun Fundamental Elmər fakültəsinin Kondensə Olunmuş Maddələr Fizikası İnstitunutunun Nanoquruluşlar və Yeni Elektron Materialları şöbəsinin müdiri prof.   Lazslo Forro və həmin şöbənin baş elmi işçisi prof. Andrzej Sienkieviç Bakı Dövlət Universitetində Nano araşdırmalar mərkəzində səfərdə olmuşlar. Qonaqları BDU-nun Elm və innovasiyalar üzrə prorektoru prof. Aydın Kazımzadə qəbul etmiş və BDU ilə Lozanna Politexnik Federal İnstitutu ilə elmi əlaqələrə böyük dəyər verdiyini bildirmişdir. Qonaqlara BDU-da tədrisin təşkili, onun elmi potensialı haqqında və onun maddi-texniki bazası barədə ətraflı məlumatlar verilmişdir. Sonra qonaqlar Nano Araşdırmalar Mərkəzində olmuşlar və aparılacaq birgə elmi tədqiqat işləri barədə ətraflı müzakirələr aparmışlar.  Mərkəzin elmi istiqamətləri ilə yaxından tanış olan qonaqlar bu işlərin əhəmiyyətinə böyük dəyər vermiş və Azərbaycan elminin dünya elminə inteqrasiyaı istiqamətində bu işlərin böyük əhəmiyyətə malik olmasını qeyd etmişlər. Səfər çərçivəsində gələcək birgə layihələr və tədqiqatlar barədə ətraflı müzakirələr aparılmışdır.

Mətbuat və informasiya şöbəsi.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!