Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə açıq çempionat keçirib

12/05/2012

12 may 2012-ci il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə açıq çempionat keçirib. Tədbirə qatılan rektor, akademik Abel Məhərrəmov Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən intellektual oyunun əhəmiyyətindən danışıb. Rektor intellekt yarışına qatılan gəncləri uğurlu gələcəyin gözlədiyini, ölkəmizdə intellektli gənclərə ölkə rəhbəri cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan geniş bəhs etdi.

Daha sonra BDU THİK-in sədri Daşqın Qənbərov çıxış edərək  yarışmanın ümummilli Liderimizin doğum gününə həsr olunmaqla paralel cənab prezidentimiz İlham Əliyevin “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik.” çağırışına bir növ real-praktik dəstək olduğunu vurğulayıb. O, qeyd edib ki, ümumiyyətlə BDU-da intellektual oyunlar davamlı şəkildə keçirilir, universitetimizin intellektual klubu vardır. Hər həftənin şənbə günü bir saylı tədris binasında 311 saylı auditoriyasında BDU-nun intellektual oyunlara marağı olan gənclər üçün dövrə oyunları keçirilir. İntellektual oyunlara yaradılan şəraitin nəticəsidir ki, ölkə miqyasında keçirilən yarışlarda komandalarımız davamlı olaraq  liderliyi əllərində saxlayırlar. Məsələn, 2011-ci ildə BDU-nun komandası ATİAHİ RK-nin keçirdiyi  Respublika üzrə ali məktəbləri arasında “Nə? Harada? Nə zaman?” intellectual oyununda I yeri, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Mən Azərbaycanlıyam” intellektual yarışında Bakı Dövlət Universiteti tələbəsi ilin ən intellektual gənci kimi böyük uğurlar qazanıbdır.  Sonda D.Qənbərov yarışa qatılanlara uğurlar arzu edib, daha güclu intellektlilərin qalib olacağına inandığını bildirdi.

Çempionatda bütün ali məktəblərdən yığma komandalar iştirak edib. Ümumilikdə  50 komandada (hər komandada 6 əsas və 2 ehtiyat oyunçu) 350-dən artıq tələbə-gənc intellektual mübarizə aparıblar.

Birinci və ikinci yerləri BDU-nun Hüquq fakültəsinin komandalaı, üçüncü yüri isə tarix fakültəsinin komandası tutdu. Qaliblər kubok, diplom  və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 

Mətbuat və İnformasiya şöbəsi, 14 may, 2012-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!