Məzunlarla Əlaqə, Praktika və Karyera Mərkəzi tələbələrlə görüş keçirib

04/12/2015

Bakı Dövlət Universitetində Məzunlarla əlaqə, Praktika və Karyera Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında məqsəd ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl müəssislərin, şirkətlərin və sənaye obyektlərinin universitetlə sıx əməkdaşlıq əlaqələrini qurmaq, tələbə və məzunlara əmək bazarına adaptasiya olunmaqda, öz ixtisasları üzrə uğurlu karyera qurmaqda kömək etmək, onları mövcud vakansiyalar barədə məlumatlandırmaq, işlə təmin olunmalarına dəstək olmaqdır. Mərkəz universitetin Təhsil-metodiki strukturuna daxildir.

Məzunlarla əlaqə, Praktika və Karyera Mərkəzinin fəaliyyəti ilə bağlı tələbələri məlumatlandırmaq məqsədi ilə Mərkəzin əməkdaşları silsilə tədbirlər keçiriblər.

Tələbə Gənclər Təşkilatının sədr muavini Sərxan Məmmədovun ümumi məlumatından sonra Mərkəzinin aparıcı mutəxəssisi Aytək Məmmədli çıxış edib. O, Məzunlarla əlaqə, Praktika və Karyera Mərkəzinin fəaliyyətindən bəhs edib. Bildirib ki, universitetdən məzun olan gənc mütəxəssislərin qeydiyyatının aparılması, tələbələrin və məzunların tərcümeyi-halından ibarət sistemin yaradılması, sistemə bütün maraqlı şəxs və təşkilatların girişinin təmin edilməsi,  məzunların təyinatının nəticələri, işə düzələ ilə bağlı bütün tədbirlərə dair informasiyaların statistik emalı və təhlili, əmək bazarının ixtisaslı kadrlara, o cümlədən universitetin məzunlarına olan tələbatının sistemli təhlili qarşıda duran əsas vəzifələrdəndir.  A.Məmmədli habelə, karyera günlərinin, kompaniyaların, tematik sərgilərin, müsabiqələrin, seminarların, konfransların, tələbələrin karyeralarının inkişafı üçün  sertifikatlı təlimlərin təşkili, xaricdə təhsil kimi məsələləri tələbələrin nəzərinə catdırılıb.

Fakültələrdə fəaliyyət göstərəcək Tələbə Karyera Səfirləri haqqında məlumatdan sonra tədbir iştirakçıları maraqlandıran suallara cavablarla başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 04 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!