Məzunlara BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

16/01/2018

Bakı Dövlət Universitetində Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına “ikili diplom” verilməsinə həsr olunmuş tədbir keçirilib. Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi görüşdə rektor, akademik Abel Məhərrəmov Avropanın ən qədim ali təhsil ocaqlarından olan Vürçburq Universiteti ilə uğurlu əməkdaşlıqdan bəhs edib. Bildirib ki, 2011-ci ildən BDU və Vürçburq Universiteti arasında imzalanmış Memoranduma əsasən “Avropa hüququ” ixtisaslaşması üzrə “ikili diplom” magistratura proqramı həyata keçirilir. Bugünkü görüşün proqramın növbəti, 7-ci məzunlarına diplomların təqdim edilməsi məqsədilə təşkil olunduğunu vurğulayan  rektor, 2017-ci ildə 13 nəfər tələbənin bu proqram üzrə məzun olduğunu qeyd edib. Rektor, eyni zamanda, Vürçburq Universitetinin digər fakültələri ilə də əməkaşlıq əlaqələrinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra professor Exard Paxe proqramın həyata keçirilməsindəki dəstəklərinə görə universitet rəhbərliyinə, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevə, proqramın koordinatoru, Hüquq fakültəsinin müəllimi Məhəmməd Quluzadəyə təşəkkür edib, müəllim-tələbə mübadiləsinə xidmət edən proqramın önəmindən bəhs edib. Məlum olub ki, 2017-ci ilə qədər 23 nəfər hazırlayan proqram ingilis və alman dillərində aparılır və hazırda 20-dən çox tələbə “ikili diplom” almaq üçün təhsillərini davam etdirirlər.

Sonra proqramın növbəti məzunlarına diplomlar təqdim edilib.

Qeyd edək ki, alman tərəfi proqramda iştirak edən tələbələr üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir, almaniyalı professorlar BDU-da mühazirə oxuyurlar. Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən həyata keçirilir.

Mətbuat və informasiya şöbəsi, 16 yanvar 2018-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!