Məzunlara BDU və Almaniyanın diplomları təqdim edilib

01/01/1970

Bu gün Bakı Dövlət Universitetində Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına “ikili diplom” verilməsinə həsr olunmuş tədbir keçirilib. Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Rektor Avropa Hüququ Magistr Proqramının hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Professor Exard Paxen yenidən BDU-da olmasından məmnunluğunu ifadə edərək, proqramın əhəmiyyəti barədə danışıb. O, məzunların ölkələrası əməkdaşlığın müxtəlif sahələrinin inkişafına töhfələr verəcəklərinə əminliyini ifadə edib, proqram çərçivəsində  bu il BDU-nun daha  3 tələbəsinin Vürçburqda təhsilini davam etdirəcəklərini əlavə edib. E.Paxen universitetlə gələcək əməkdaşlıqdan, o cümlədən noyabr ayında BDU-da keçiriləcək birgə beynəlxalq konfransdan bəhs edib.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın həyata keçirilmə prosesindən, onun uğurlu nəticələri və indiyədək “ikili diplom” alan 12 məzundan 6 nəfərinin BDU-da tədrisə cəlb edildiyindən danışıb.

Sonra proqramın növbəti məzunlarına diplomlar təqdim edilib.

Qeyd edək ki, 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində Avropa hüququ ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Hazırda tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi  proqramda iştirak edən tələbələr üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir, almaniyalı professorlar BDU-da mühazirə oxuyurlar. Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən həyata keçirilir və BDU bu qurumum keçən il həyata keçirdiyi qiymətləndirməsindən uğurla keçib.

Mətbuat və informasiya şöbəsi, 22 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!