Məzun - 2013

28/06/2013

Bu gün Bakı Dövlət Universitetində məzun günü keçirilib. Universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib. Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor dövlət başçısının bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu isə xüsusilə qeyd edib. Rektor deyib ki, siz ulu öndərin məzunu olduğu universiteti bitirdiyinizə görə fəxr etməlisiniz. Bu il universitetin 4000-dək məzununu yola saldığını bildirən rektor, onlardan 600 nəfərinin fərqlənmə diplomuna layiq görüldüklərini xüsusilə vurğulayıb. Sonra 17 fakültəsinin hər birindən iki nəfərə fərqlənmə diplomu təqdim edilib. Sonra rektorun fərqlənmə diplomuna layiq görülən tələbələrin valideynlərinə ünvanladığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunub. Tədbir konsert proqramı ilə davam edib.

Mətbuat və informasiya Şöbəsi, 29 iyun 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!