M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılışı oldu

04/10/2008

Azərbaycan-Rusiya elmi, mədəni və ictimai-siyasi əlaqələrində yeni mərhələ hesab olunan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılışı oktyabrın 4-də baş tutdu. Azərbaycan Nəfəsli Alətlər Orkestrinin ifasında müxtəlif musiqilərin müşayiəti ilə başlanan mərasimi filialın rektoru, professor Nərgiz xanım Paşayeva açdı. İl yarıma tikintisi başa çatdırılan və yüksək standartlara cavab verən, maddi-texniki baza ilə təchiz olunan auditoriya və laboratoriyalarla tanışlıqdan sonra tələbələri təbrik edən rektor, professor Nərgiz xanım Paşayeva bu mərkəzin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında yeni bir mərhələ olacağını qeyd etdi.Azərbaycanda müəllim, Rusiyada isə təhsil gününə təsadüf edən açılış mərasiminin narın-narın yağan yağışa təsadüf etməsini isə ruzi-bərəkət və əmin-amanlıq kimi qiymətləndirdi. Sonra MDU-nun rektoru, akademik V.A.Sadovniçinin təbrik məktubunun mətni oxundu.

Filialın Moskvadan olan icraçı direktoru Vitali Fedorçuk, təhsil naziri Misir Mərdanov, Diplomatik Akademiyanın rektoru, professor Hafiz Paşayev, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov və digər natiqlər təməli qoyulan bu kompleksin inkişafında rektora uğurlar arzulamaqla yanaşı, onun təhsil sistemimizdə özünəməxsus mövqe tutacağına inandıqlarını, yüksək ixtisaslı kadrların hazırlanması işində töhfələr verəcəyinə əminliklərini ifadə etdilər. Xatırladaq ki, filialın açılışında Baş nazirin müavini Elçin Əfəndiyev, Prezidentin İcra Aparatının humanitar-siyasət şöbəsinin müdiri Fatma xanım Abdullazadə və digər rəsmi şəxslər iştirak edirdilər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 04 oktyabr 2008-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!