“Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani Perspektivində Azərbaycandan – Anadoluya İrfan Yolu” adlı konfrans keçirilib - VİDEO

20/12/2013

Bu gün Bakı Dövlət Universitetində  Həzrəti Mövlananın 740-cı ildönümü və Seyyid Yəhya Şirvaninin 550 illik yubileyi münasibətilə  “Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani Perspektivində Azərbaycandan – Anadoluya İrfan Yolu” adlı konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb, tədbirin əhəmiyyətindən danışıb və işini yüksək qiymətləndirib. Rektor Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvaninin yaradıcılıqlarından, onların alim, dövrlərinin ən mötəbər elm adamları kimi ədəbiyyata bəxş etdikləri əsərlərin əhəmiyyətindən bəhs edib, böyük mütəfəkkirləri təsəvvüf və xoşgörünün ən parlaq nümayəndələri kimi xarakterizə edib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Türkiyənin  Azərbaycandakı səfiri İsmayıl  Alper Coşkun, professor Vasim Məmmədəliyev, millət vəkili Qənirə Paşayeva alim-mütəfəkkirlərlə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.

Tədbirdə universitetin professor-müəllim heyəti, çoxsaylı qonaqlar, o cümlədən  Türkiyənin Marmara Universitetinin professoru Nejdət Tosun, Erciyes Universitetinin dosenti Osman Nuri Küçük iştirak ediblər.

Qeyd edək ki, konfrans Bakı Dövlət Universiteti, Türkiyə Cümhuriyyəti Bakı  Səfirliyinin Kültür və Tanıtma Müşavirliyi, Bakı Yunus Əmrə Türk Kültür Mərkəzi, Mədəni İrsin Öyrənilməsinə Kömək Ictimai Birliyi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə baş tutub.

Mətbuat və informasiya şöbəsi, 20 dekabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!