Ümummilli lider Heydər Əliyevin siyasi irsi əbədi yaşayacaqdır

06/05/2009

Bakı Dövlət Universitetində (BDU) xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir.
Tanınmış alimlərin, təhsil işçilərinin və tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışmış, ümummilli liderin nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.
Ölkəmizin iqtisadiyyatında, elm, təhsil və digər sahələrdə qazanılan nailiyyətləri xatırladan rektor, bütün bunların Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu diqqətə çatdırmışdır.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, əvəzsiz liderlik bacarığından, dövlət idarəçilik təcrübəsindən ətraflı bəhs etmişdir.
1988-1992-ci illərdə ölkəmizdə baş verən hərc-mərcliyi, özbaşınalıqları xatırladan natiq 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra tam sabitliyin və əmin-amanlığın bərqərar olduğunu, respublikamızın sürətli inkişaf yoluna çıxdığını söyləmişdir.
Z.Əsgərov dahi rəhbər Heydər Əliyevin müasir dövlətimizin yaranmasında, tərəqqisində və dünyaya tanınmasında, milli ideologiyamızın formalaşmasında müstəsna xidmətlərini qeyd edərək, onun siyasi irsinin əbədi yaşayacağını vurğulamışdır.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, professor İzzət Rüstəmov və digər natiqlər də ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan danışmış, onun ölməz ideyalarının əhəmiyyətini vurğulamışlar.
Sonra BDU-nun xeyli sayda əməkdaşları və tələbələri Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuşlar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 06 may 2009-cu il.
(Material “AzərTAc” informasiya agentliyi, “Azərbaycan” və “Xalq qəzeti”ndə də yayımlanıb - 06 may 2009-cu il).

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!