Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

11/12/2010

Bu gün Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
İşini universitetdə davam etdirən mərasim başlamazdan öncə ulu öndərə həsr olunmuş «Heydər Əliyev fotolarda» adlı sərgiyə baxış keçirilib. Çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, «Ria-Novosti» Agentliyinin arxivindən istifadə edilərək hazırlanan sərgi şəkilləri geniş ictimaiyyətə bəlli olmayan fotolardan ibarətdir.
Rusiyanın ölkəmizdəki səfiri Vladimir Dmitrieviç Doroxin isə ulu öndər haqqında danışaraq, onun fenomenal şəxsiyyət olduğunu diqqətə çatdırıb.
Sonra tədbir öz işinə başlayıb. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov «Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o halda daha xoşbəxtdir ki, umummilli liderin siyasi kursu uğurla davam edir», - deyərək ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən danışıb. Rektor böyük öndərin ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib, birmənalı olaraq qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Mərasimdə çıxış edən BDU-nun biologiya fakültəsinin 3-cü kurs tələbəsi Sitarə Cabbarlı və filologiya fakültəsinin 4-cü kurs tələbəsi Kəramət Nəcəfov müstəqil dövlətimizin yaranmasında, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.
Mərasimdə BDU tələbələrinin ifasında şeirlər səslənib, ulu öndərə həsr olunmuş film nümayiş etdirilib.
Qeyd edək ki, tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Metropolitenin rəisi Tağı Əhmədov, o cümlədən çoxsaylı qonaqlar iştirak ediblər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 11 dekabr 2010-cu il.
(Anım mərasimi AzərTAc, APA, Azadinform, Riyad Media, SİA informasiya agentliklərində, “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan” qəzetlərində də yayımlanıb – 11-12 dekabr 2010-cu il).

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!