Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş XIX Respublika elmi konfransı keçirilib

18/05/2016

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda XIX Respublika elmi konfransı keçirilib. Konfransda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, universitetin magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova, filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev, fakültənin professor-müəllim heyəti və gənc tədqiqatçıları iştirak ediblər. Konfransı açan prorektor A.Kazımzadə ümummilli liderin həyat və fəaliyyətindən, elmə, təhsilə qayğısından bəhs edib. BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası kafedrasının müdiri, professor H.Əsgərov, ATU-nun dosenti N.Zamanov, BDU-nun dissertantı A.Mirzəyeva və digər tədqiqatçılar məruzə ilə çıxış ediblər.

Konfrans işini “Ədəbiyyatşünaslıq” və “Dilşünaslıq” bölmələrində davam etdirib. Konfransda Bakı Dövlət Universitetinin magistr, doktorant, müəllimləri ilə yanaşı, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, H.Əliyev adına Ali Hərbi Məktəbin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dillər Universitetinin və digər ali məktəblərin əməkdaşlarının da məruzələri dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 18 may 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!