MTN-in 90 illik yubileyi qeyd olundu

16/03/2009

Martın 16-da yeni tədris korpusunun Akt zalında Milli Təhlükəsizlik Nazirliyinin 90 illik yubileyinə həsr olunan tədbir keçirildi. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov Nazirliyin 90 ildə əldə etdiyi nailiyyətlərdən, uğurlardan, müxtəlif mərhələlərdə üzləşdiyi çətinliklərə baxmayaraq, şərəfli fəaliyyətindən bəhs etdi. Xalq Cümhuriyyəti zamanında Müdafiə Nazirliyinin tərkibində yaradılan, əks-kəşfiyyat orqanı kimi fəaliyyətə başlayan qurumun formalaşmasında Səməd bəy Mehmandarovun, Məmmədbağır və Nağı Şeyxzamanlı qardaşlarının xidmətlərini ehtiram hissi ilə yad edən rektor, onun inkişafı, milliləşməsi istiqamətində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini də qürur hissi ilə qeyd etdi. Müstəqil Azərbaycanın memarı Heydər Əlirza oğlu Əliyevin Milli Təhlükəsizlik Orqanları sistemində çalışarkən vətənpərvər ziyalıların xilası istiqamətində gördüyü işləri, təəssübkeşlik hissini də diqqətə çatdıran rektor, MTN-in maddi-texniki bazasının inkişafı, kadr potensialının formalaşması istiqamətində prezident İlham Əliyevin fəaliyyətini də xüsusi vurğuladı.
Tədbirdə çıxış edən digər natiqlər - milli təhlükəsizlik nazirinin müavini general-mayor Əli Nağıyev, Milli Təhlükəsizlik Akademiyasının rəis müavini polkovnik Şahin Sultanov, akademik Vasim Məmmədəliyev, hüquq fakültəsinin magistrantı Elxan Şiriyev də MTN-in inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirərək kollektivə şərəfli və məsuliyyətli işlər arzuladılar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 16 mart 2009-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!