Mətbuat Şurasının sədriƏflatun Amaşov Jurnalistka fakültəsində olub

15/11/2016

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov Jurnalistka fakültəsində olub. Fakültə əməkdaşlarının iştirak etdiyi görüşdə qonağı salamlayan Jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli Mətbuat Şurası ilə əməkdaşlıq məsələləri, birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.
Görüş zamanı Jurnalistika fakültəsinin fəaliyyəti ilə bağlı bir sıra təkliflər səsləndirilib. Millət vəkili Əflatun Amaşov bu istiqamətdə ali təhsil müəssisələrinin iştirakı ilə qısametrajlı sənədli filmlər üzrə müsabiqələrin keçirilməsi, məktəblilər arasında yazı qaliblərinin təyin olunması, Jurnalistika fakültəsinin təsis etdiyi "Jurnalist" qəzetinin istehsal və yayımının genişləndirilməsi kimi fikirlər səsləndirib.

Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Əflatun Amaşov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə edib.

Mətbuat və informasiya şöbəsi, 15 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!