MÜSABiQƏ QALiBLƏRiNi TƏBRiK EDiRiK

02/12/2014

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumların (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.), fiziki şəxslərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə Elmin İnkişafı Fondunun elmi prioritetlərinə uyğun olaraq, 2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsinin (EİF-2013-9(15)) nəticələrini elan etmişdir. Müsabiqədə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşları tərəfindən təqdim edilmiş Layihələr qalib gəlmişdir:

1. İsmayılov Taryel Hümbət oğlu

Nanostrukturların qeyri-xətti optik xassələri və metamateriallarda faza effektləri

Bakı Dövlət Universiteti (Bakı Dövlət Universiteti, BDU Fizika roblemləri Elmi -Tədqiqat İnstitutu)

12ay, 70,000

2. Rəhimov Fəda Hənnan oğlu

Markov bərpa nəzəriyyəsində və ardıcıl statistik analizdə meydana çıxan sərhəd məsələlərinin tədqiqi

Bakı Dövlət Universiteti (Bakı Dövlət Universiteti, AMEA İdarəetmə Sistemləri İnstitutu)

12 ay, 15,000

3. Əhmədov İdris Məcid oğlu

Asimmetrik sintez əsasında fizioloji fəal maddələrin sintezi və onların antimikrob xassələrinin tədqiqi

Bakı Dövlət Universiteti (Bakı Dövlət Universiteti)

12 ay, 65,000

4. İmanov Fərda Əli oğlu

Azərbaycanda pilot çay hövzələri üzrə ekoloji axımın qiymətləndirilməsi üçün müasir metodologiyanın işlənilməsi

Bakı Dövlət Universiteti (Bakı Dövlət Universiteti, AREkologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi -Tədqiqat İnstitutu)

18 ay, 45,000

5. Hüseynova İradə Məmməd qızı

Azərbaycanda üzüm bitkisinin virus və fitoplazma xəstəliklərinin molekulyar tədqiqi

(Beynəlxalq layihə) AMEA Botanika İnstitutu (AMEA Botanika İnstitutu, AR Kənd Təsərrüfatı Nazirliyinin ET Üzümçülük və Şərabçılıq İnstitutu, Bakı Dövlət Universiteti)

12 ay, 90,000

6. Məmmədəliyev Vasim Məmmədəli oğlu

Sami dillərinin müqayisəli qrammatikası (ərəb və ibri dilləri)

Bakı Dövlət Universiteti (Bakı Dövlət Universiteti)

12 ay, 50,000

Qalibləri təbrik edirik.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!