Moskva meri BDU-nun əməkdaşı Çingiz Həsənovu təltif edib

09/12/2011

Moskva şəhərinin meri Sergey Sobyanin Bakı Dövlət Universitetinin əməkdaşı, iqtisad elmləri namizədi, dosent Çingiz Həsənovu 1941-1942 illərin qışında Moskva ətrafıda alman-faşist qoşunlarına qarşı Sovet Ordusunun əks-hücumu başlamasının 70 illik yubileyi ilə əlaqədar təbrik edib. Sergey Sobyanin Çingiz Həsənova və onun ailəsinə cansağlığı, firavanlıq, nikbinlik və uzunömürlülük arzulayıb. Mer Sergey Sobyanin bu münasibətlə Çingiz Həsənovu medalla təltif edib.
Çingiz Həsənov 1922-ci ildə doğulub, 1940-cı ildə Sovet Ordusu sıralarına  çağrılıb, və Böyük Vətən Müharibəsinin sonunadək düşmənə qarşı vuruşub. BDU Həmkarlar Komitəsinin sədri, Az.KP MK-nın şöbə müdiri olub və 20 ilə yaxın müddətdə Azərittifaqa rəhbərlik edib.

Çingiz Həsənov 5 kitabın və 50 məqalənin müəllifidir.

Mətbuat və İnformasiya Şöbəsi, 9 dekabr 2011-ci i.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: AzerTAc, APA, SIAmodern.az.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!