Mordoviyalı rektor BDU-dan razılıq etdi

09/10/2015

N.P.Oqaryov adına Mordoviya Dövlət Universitetinin rektoru Serqey Mixayloviç Vdovin və prorektor Konstantin Aleksandroviç Leşankin Bakı Dövlət Universitetində olub.  Universitetin rektoru, akademik Abel Məhərrəmovla görüşdə BDU ilə Mordoviya Dövlət Universiteti  arasında imzalanmış anlaşma memorandumundan sonra həyata keçirilən işlərdən bəhs edib. Rektor Abel Məhərrəmov bildirib ki, memorandumdan ötən müddət ərzində  birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadilələrinin həyata keçirilməsi istiqamətində səmərəli işlər görülüb. Mordoviya Dövlət Universitetinin rektoru Serqey Mixayloviç Vdovin, öz növbəsində, universitetlərarası əlaqələrdən məmnunluq ifadə edərək, təmsil etdiyi universitetin 10 tələbəsi və  bir müəlliminin BDU-da,  onun Quba və Altıağacda yerləşən tədris və təcrübə bazasında yerinə yetirdikləri layihələrin nəticəsindən məmnunluğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, tələbələrin təcrübə müddətini əks etdirən slayd nümayiş etdirilib.

Mətbuat və informasiya şöbəsi, 09 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!