Moldovanın sabiq prezidenti Bakı Dövlət Universitetində olub

25/05/2012

Bu gün Moldova Respublikasının sabiq prezidenti Petru Luçinski Bakı Dövlət Universitetində olub  və tələbələrlə görüşüb. Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ali qonağı Azərbaycanın ilk ali təhsil ocağında salamlayaraq universitetin tarixi, son nailiyyətləri haqqında məlumat verib. Azərbaycan-Moldova münasibətlərdən danışan rektor vaxtilə ümummilli lider Heydər Əliyevin bu münasibətlərin inkişafında və möhkəmləndirilməsində Petru Luçinskinin rolunu yüksək qiymətləndirdiyini bildirib.

Tələbələr qarşısında çıxış edən eks-prezident cənab Petru Luçinski Sovet İttifaqının dağılması, bu proseslərdə Azərbaycan və Moldovanın yeri, müstəqilliyini əldə edən bu iki ölkədəki mövcud vəziyyət mövzusunda məruzə edib. Natiq qeyd edib ki, Azərbaycanın bugünkü uğurlarını illərdir aparılan ardıcıl və məqsədyönlü siyasətdə görür. Azərbaycan-Moldova arasındakı dostluq əlaqələrin tarixindən danışan sabiq prezident vaxtilə ümummilli lider Heydər Əliyev ilə  çox isti münasibətlərinin olduğunu qeyd edib.

Mətbuat və informasiya şöbəsi, 25 may 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!