“Mənim Qarabağım” – rəsm sərgisinin açılış mərasimi həyata kecirilib

09/04/2014

Bu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondundan fərdi şəxs qismində qazanılmış “Mənim Qarabağım” – rəsm sərgisinin açılış mərasimini həyata kecirib. Sərginin açılış tədbirində BDU tələbələri ilə yanaşı digər universitetlərdən olan gənclər və KİV nümayəndələri də olub. Sərgini giriş sözü ilə açan BDU THİK – nin sədri Daşqın Qənbərov sərginin Qarabağ həqiqətlərinin tanıdılması yönündə gənclər tərəfindən atılmış önəmli addım olduğunu vurğulayaraq universitet gəncliyinin bu mövzuda çox təəssübkeş olduğunu qeyd edib. Komitə sədri Azərbaycan Respublikası prezidentinin gənclərə olan diqqət və qayğısından danışaraq, məhz bu günkü tədbirin əyani sübut olduğunu söyləyib. Sadəcə maddi baxımdan deyil, bir çox sahələrdə diqqətin təmin olunduğunu iştirakçılara bildirib. Daha sonra komitə sədri layihə haqqında ətraflı məlumat vermək üçün sözü geologiya fakultəsinin tələbəsi, layihənin rəhbəri Asif Səlimova verib. Asif Səlimov yayihənin gedişatı və icrası haqqında iştirakçıları geniş məlumatlandırıb. Sonra sərginin açılışı mərasimi olub. Gənc rəssam Həlimə Ələsgərova ilə birlikdə əsərlərə baxış keçirilib. Rəssam Həlimə xanım rəsm əsərlərində ifadə etdiyi hiss və emosiyanı iştirakçılarla bölüşüb. Sərgi tələbələrin böyük marağına səbəb olub və gün boyunca tələbələr sərgiyə təqdim olunmuş əsərlərlə tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 09 aprel 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!