“Mən azərbaycanlıyam” müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib

03/05/2013

Bu gün Bakı Dövlət Universitetində Ana Vətən Partiyasının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ali məktəb tələbələri arasında “Mən azərbaycanlıyam” mövzusunda elan etdiyi inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin münsiflər heyətinin üzvləri akademik Abel Məhərrəmov, millət vəkili Nizami Cəfərov, millət vəkili Fəzail Ağamalı, millət vəkili Mübariz Qurbanlı, millət vəkili Musa Quliyev, münsif heyətinin katibi isə dosent Fikrət Şiriyev olub.

Müsabiqə qaliblərinin mükafatlandırma mərasimində BDU-nun rektoru Abel Məhərrəmov, Ana Vətən Partiyasınin sədri Fəzail Ağamalı çıxış ediblər. Birinci yerin qalibi Kəramət Nəcəfzadə (BDU, mükafat - 1000 manat), ikinci yerin qalibi Əsmər Ağayeva (Azərbaycan Pedagoji Universiteti, 700 manat), üçüncü yerin qalibləri isə Sitarə Cəfərzadə (BDU) və Rüfət Şirinov (Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, hərəsinə 500 manat mükafat) elan olunublar. Ölkənin müxtəlif ali məktəblərin daha 8 tələbəsi həvəsləndirici mükafata (100 manat) layiq görülüb.

Mətbuat və İnformasiya şöbəsi, 03 may 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!