Məktəblilər BDU-nun Azərbaycanın Faydalı qazıntılar muzeyinə ekskursiya ediblər

14/12/2017

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 10e sinif şagirdləri məktəbin illik fəaliyyət planına uyğun olaraq “Coğrafiya aylığı” çərçivəsində Bakı Dövlət Universiteti Geologiya fakültəsinin Azərbaycanın Faydalı qazıntılar muzeyinə ekskursiya ediblər. Ekskursiyanın əsas məqsədi şagirdlərdə təhsilə, elmə olan marağı daha da artırmaq, onların müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və təfəkkürünün inkişafına təkan vermək, əldə edilmiş təcrübənin dərs zamanı tətbiqinə zəmin yaratmaqdır. Ekskursiya zamanı şagirdlər muzey ilə tanış olduqdan sonra onlara Geologiya fakültəsinin dekani, dosent Məhluqə Məmmədova fakültənin tarixi, bu günü və mövcud ixtisaslar barədə məlumat verib. Daha sonra Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor  Musa Məmmədov şagirdlərə faydalı qazıntı yataqlarının öyrənilməsi, formalaşma şəraiti və çıxarılması haqqında məlumat verib. 10e sinfinin rəhbəri şagirdlər üçün yaradılan yüksək şəraitə görə universitet və fakültə rəhbərliyinə təşəkkür edib.

Sonda şagirdlər muzeyin xatirə dəftərinə ürək sözlərini qeyd ediblər.

geology.bsu.edu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!