Misirin Mədəniyyət və təhsil əlaqələri mərkəzi Ekologiya və torpaqşünaslıq fakültəsi ilə əməkdaşlıq edəcək

03/11/2017

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzinin rəhbəri Əhməd Sami Elaydi BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində olub.  Dekan, professor Nazim Şamilov fakültənin son illər əldə etdiyi nailiyyətlər barədə məlumat verib.  Görüşdə Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva da iştirak edib. Misirin Ayn-Şams Universiteti ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə olunub, “Ətraf mühitin öyrənilməsi və araşdırmalar” İnstitutu ilə ikitərəfli elmi sazişin imzalanması planlaşdırılıb. Qeyd edək ki, Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva bir müddət əvvəl Əhmed Sami Elaydinin dəvəti ilə Mədəniyyət və təhsil əlaqələri mərkəzində olub və fakültə tələbələrinin mərkəzə ekskursiyası nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 03 noyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!