Misir Milli Kitabxanasının və Arxivlərin müdiri BDU tələbələri ilə görüşüb

26/09/2017

Misir Milli Kitabxanasının və Arxivlərin müdiri, Ayn Şəms Universitetinin İslam Arxeologiya şöbəsinin dosenti  Əhməd Seyyid Muhəmməd Şövki və Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi  Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində olub.

Tədbiri açan Əhməd Sami Elaydi  Misir və Azərbaycan arasında mədəni əlaqələrin yaranma tarixi, inkişafı, mədəniyyət sahəsində aparılan işlərdən danışıb, mədəni əlaqələrin daha da inkişaf etməsi istiqamətində  həyata keçiriləcək layihələr barədə məlumat verib.

Daha sonra Əhməd Seyyid Muhəmməd  Şövki BDU-da, o cümlədən adıçəkilən fakültədə olmasından məmnunluğunu ifadə edərək  rəhbərlik etdiyi Misir Milli Kitabxanasının fəaliyyətini əks etdirən təqdimatla çıxış edib. Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirdə fakültənin dekanı, dosent Azad Qurbanov və xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova daiştirak edib.

Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!