Mirşahin Agayev gənc həmkarları ilə təcrübəsini bölüşüb

08/05/2015

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist, əməkdar jurnalist Mirşahin Ağayev Bakı Dövlət Universitetində “Tələbədən tələbəyə” layihəsinin qonağı olub. O, tələbələrin suallarını cavablandırıb və təcrübəsini bölüşüb.

Görüşdə layihə rəhbəri Könül Niftəliyeva, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, professor Şirməmməd Hüseynov, İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli və jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.

“Tələbədən tələbəyə” layihəsi BDU-nun jurnalistika fakültəsinin tələbələri tərəfindən həyata keçirilir. Layihə ərzində təcrübəsi olan yuxarı kurs tələbələri öz biliklərini aşağı kurslarla bölüşürlər.

Mətbuat və informasiya şöbəsi, 08 may 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!