Əmir Əliyevin «İnsan hüquqları» kitabı işıq üzü görüb

22/11/2013

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin «İnsan hüquqları» kitabı işıq üzü görüb. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq edilən kitabda insan hüquqlarının beynəlxalq və milli (dövlətdaxili) hüquqi müdafiəsinin nəzəri və praktiki məsələləri, hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq praktika, bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar (universal, regional, ikitərəfli), o cümlədən Azərbaycan Respublikası və müxtəlif dövlətlərin qanunvericiliyi əsasında geniş təhlil edilmişdir.

Kitabın rəyçiləri İnsan hüquqları üzrə Müvəkkil, professor Elmira Süleymanova, AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun direktoru, millət vəkili, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanuvericilik şöbəsinin müdiri, profesor Lətif Hüseynov, BDU-nun kafedra müdiri, professor Rüstəm Məmmədovdur.

Mətbuat və informasiya şöbəsi, 22 noyabr 2013-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!