“Miqrasiya məsələləri üzrə beynəlxalq yay məktəbi”

12/07/2016

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) MOBILAZE və ENIGMMA layihələri çərçivəsində növbəti təlimini keçirib. “Miqrasiya məsələləri üzrə beynəlxalq yay məktəbi” Qax rayonunda baş tutub. Yay məktəbində Oksford Universitetinin Miqrasiya Müşahidə Mərkəzindən, Mastrixt, Kembric, Sasseks, Sarbonna, Vilnüs universitetlərindən, eləcə də Bakı Dövlət Universiteti və Tbilisi Dövlət Universitetindən məruzəçilər və mentorlar çıxış edib. Yay məktəbində Azərbaycan və Gürcüstandan jurnalistika, beynəlxalq hüquq/miqrasiya hüququ, iqtisadiyyat, beynəlxalq əlaqələr, sosial və siyasi elmlər sahəsində təhsil alan 50-dək tələbə və gənc mütəxəssis iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 12 iyul 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!