Millət vəkili Qənirə Paşayeva Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

06/11/2017

Millət vəklili Qənirə Paşayevanın BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan dekan dosent Vüqar Əliyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, görüşün keçirilməsinin məqsədləri barədə qısa məlumat verib.

Millət vəkili görüşdə tələbələrə jurnalistlik fəaliyyətindən söz açıb, onları sosial medianın imkanlarından daha aktiv istifadə etməyə və Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa çağırıb.

Millət vəkili gəncləri Azərbaycan tarixini, ədəbiyyatını və çoğrafiyasını yaxşı öyrənməyə səsləyib: “Ölkəmizin daha da inkişaf etməsi üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini dərindən bilməlidir”.

Millət vəkili jurnalist peşəsi keyfiyyətləri barədə tələbələrlə fikir mübadiləsi aparıb və onların çoxsaylı sualları cavablandırıb.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!