Milli Qurtuluş Günü

14/06/2011

Bu gün Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, bütün dünya miqyasında tanınmış siyasi və dövlət xadimi kimi adını tarixə yazmış ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını – Qurtuluş Gününü qeyd edirik. Bu, Azərbaycan xalqı üçün çox böyük bir bayram, möhtəşəm bir tarixi hadisədir. Heydər Əliyev hakimiyyətdə olduğu bütün illərdə Azərbaycanın intibahı üçün çalışıb, Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırıb, doğma vətənini hər yerdə ləyaqətlə təmsil edib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan fəlakət və xaosdan xilas olub, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alıb, «Əsrin müqavilə»si imzalanıb, Azərbaycan dünyanın ən iri dövlətləri və beynəlxalq qurumları tərəfindən etiraf olunub.

Rektor deyib ki, həmişə dediyim bir fikri bu dəfə də xatırlatmaq istəyirəm: Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha xoşbəxt olur ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir. Bu gün ulu öndərimizin qoyub getdiyi ənənələrin, ideyaların prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımızı tərəfindən böyük sevinc və rəğbətlə qarşılanır.

Tədbirdə iştirak edən YAP-ın icraçı katibi Əli Əhmədov və digər rəsmi şəxslər bu günün əhəmiyyətindən, ulu öndərimizin xalqın rifahı, Azərbaycanın gələcəyi üçün yerinə yetirdiyi işlərdən danışıblar.

Mətbuat və İnformasiya şöbəsi, 14 iyun 2011.

(Material APA,SIA, lent.az, SalamNews, www.ilk10.az, kurs.edu.az, www.icmal.az, novoteka.ru, news.liveinternet.ru, news.rambler.ru, news.bcm.ru, Day.az, AZE.az. SalamNews, "525-ci qəzet" "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində də yayımlanıb)

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!