Milli dövlətçilik tariximizin unudulmaz səhifələrindən biri oktyabrın 15-də yazıldı

15/10/2008

Hər bir seçkinin ən böyük uğuru ilk növbədə seçicilərin fəal iştirakıdır. BDU-da yerləşən 16 saylı Yasamal ikinci seçki dairəsinin XI məntəqəsi seçicilərin iştirak payına və nəticəyə görə birincilik əldə etdi. Daimi seçiçi siyahısından 1483 nəfərin iştirak etdiyi seçkidə 1438 etibarlı səs qeydə alındı. MSK tərəfindən qeydiyyata alınan yeddi namizədi arasında 1300 səsi məntəqədən cənab İlham Əliyev toplayaraq birinci pillədə qərarlaşıb. Bu da XI saylı məntəqə üzrə etibarlı səsin 91 faizi deməkdir.

Milli dövlətçilik tariximizin unudulmaz səhifələrindən biri oktyabırn 15-də yazıldı. Əhalinin yarısından çoxu, 4,8 milyon seçici qarşıdakı 5 ildə taleyini etibar edəcəyi lideri – Birinci şəxsi seçdi. Avropa standartlarına cavab verən, yeni Seçki Məcəlləsi əsasında təşkil olunan seçkilərdə iradəsini ifadə edən xalqla yanaşı, xarici dövlətlərin, beynəlxalq təşkilatların, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri hər bir seçici üçün seçkiqabağı təbliğat zamanı və seçki günü yaradılan bərabər şəraitin, şəffaflığın şahidi oldu. Xatırladaq ki, Azərbaycanın Birinci şəxsi - cənab İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Prezidenqtin məzunu olduğu 6 saylı orta məktəbdə yerləşən 29 saylı Səbail seçki dairəsinin 6-cı məntəqəsində səs verdilər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 15 oktyabr 2008-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!