“Məhv olmuş gündəliklər” SABAH qrup tələbələrinin təqdimatında

27/04/2016

Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan SABAH qrup tələbələri  xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesini səhnələşdiriblər. Tamaşada BDU SABAH mərkəzinin rəhbəri İradə Süleymanova, filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyev, Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev, BDU Tələbə Həmkarlar İttifaqının sədri Daşqın Qəmbərov və digər qonaqlar iştirak ediblər.

Tamaşanın sonunda çıxış edən qonaqlar tələbələrin təşəbbüsünü və yaradıcılıq qabiliyyətlərini yüksək qiymətləndirib, onlara uğurlar arzu ediblər.

Qeyd edək ki, tamaşanı filologiya fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yegane Qurbanova-Xanlarova hazırlayıb.

Mətbuat və informasiya şöbəsi, 27 Aprel 2016-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!