Məşhur Rusyalı jurnalistlər BDU-da - VİDEO

26/09/2014

Bakıda keçirilən “TEFİ-Sodrujestvo” IV Beynəlxalq Televiziya Festivalı çərçivəsində Bakıya gələn məşhur Rusyalı jurnalistlər, “Rusiya Televiziya Akademiyası”nın üzvləri Svetlana Sorokina, Kiril Nabutov, Leonid Mleçin, Kira Poruşutinskaya və “Rusiya Televiziya Akademiyası”nın Baş Direktoru Eteriya Leviyeva BDU-da olublar. Universitetin Jurnalistika fakültəsinin tələbələri ilə görüşən qonaqlar jurnalist peşəsinin aktual problemləri haqqında çıxış edib, gələcək həmkarlarının çox saylı suallarını cavablandırıblar. Qazet, jurnal və digər nəşr olunan kütləvi informasiya vasitələrinin gələcəyi, sosial şəbəkələrinin jurnalistikaya təsiri və s. mövzusunda maraqlı müzakirə keçirilib.  Görüşdə  Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva, xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova və Jurnalistika fakültəsinin dekanı professor Şamil Vəliyev iştirak edib.

Qeyd etmək lazımdır ki, sentyabrın 27-nə qədər davam edəcək “TEFİ-Sodrujestvo” IV Beynəlxalq Televiziya Festivalında MDB və yaxın xarici ölkələrin 11 aparıcı televiziya şirkəti iştirak edir. Telefestivalın təşkilatçıları “Rusiya Televiziya Akademiyası” və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondları, Azərbaycan tərəfindən isə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dir.

Mətbuat və informasiya şöbəsi,  26 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!