Mühasibatlığın təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub

27/11/2010

Bu gün Bakı Dövlət Universiteti Mühasibatlığının təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub. Mərasimdə iştirak edən rektor, akademik Abel Məhərrəmov yüksək zövqlə təmir edilmiş, müasir avadanlıq və cihazlarla təmin olunmuş mühasibatlığın universitet həyatında tutduğu roldan danışıb. Rektor deyib ki, mühasibatlığın 18 nəfər əməkdaşı böyük bir kollektivə – tələbə, müəllim, professor və texniki işçiyə xidmət edir, onlara diqqət və qayğıyla yanaşır.
Akademik ölkəmizin sürətlə inkişaf etməsindən, möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışıb, qloballaşan dünyada informasiya texnologiyalarının tətbiqindən, bunun Azərbaycanda həyata keçirilmə mexanizmlərindən bəhs edib. Bildirib ki, məhz bunun nəticəsidir ki, digər sahələrdə olduğu kimi, mühasibatlıqdan da kağızlar yığışdırılıb, bütün əməliyyatlar, hesablamalar kompyuter vasitəsilə həyata keçirilir. Qurumda forma və məzmunun birləşdiyini, bunun isə işə təsirsiz ötüşməyəcəyini qeyd edib, bütün bu işlərdə xüsusi əməyi olan İnzibati-təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlıya təşəkkür edib.
Bütün kollektiv adından rektor, akademik Abel Məhərrəmova minnətdarlıq edən Baş mühasib Firuzə Babayevə isə yeni iş şəraitinin onlara əlavə stimul olacağını bildirib.

Açılış mərasimində çıxış edən professorlar – Tofiq Hacıyev və Müseyib Müseyibov yaradılmış şəraitə görə rektora təşəkkürlərini bildiriblər.
BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 27 noyabr 2010-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!