Mexanika-riyaziyyat fakültəsində respublika elmi konfransı öz işinə başlayıb

30/05/2012

Bu gün mexanika-riyaziyyat fakültəsində tələbə, magistr və gənc tədqiqatçıların «Riyaziyyat və mexanikanın aktual problemləri»nə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb. Fakültənin dekanı, professor Nizaməddin İsgəndərov konfransın əhəmiyyəti barədə danışıb. Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə konfransın 197 səhifəlik materiallarının 200 tirajla çap edilməsinə xüsusi diqqət çəkib və gələcək tədqiqatçılar üçün bunun son dərəcə faydalı olacağını bildirib. Məlum olub ki, respublika konfransında Sumqayıt, Qafqaz, Gəncə və Dövlət Pedaqoji Universitetlərindən, Neft Akademiyası, AMEA-nın Kibernetika, Riyaziyyat və Mexanika İnstitutlarından 101 tədqiqatçı iştirak edir.

Konfrans 6 seksiyada aparılır: Riyazi analiz, Funksional analiz, Differensial tənliklər 1, Differensial tənliklər 2, Cəbr, Həndəsə və Riyaziyyatın tədrisi metodikası, Hesablama riyaziyyatı və mexanika.

İki gün davam edəcək konfransın bölmə iclasları uyğun auditoriyalarda aparılacaq.

Mətbuat və informasiya şöbəsi, 30 may 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!