Meksika Universitetinin nümayəndəsi BDU-da

17/06/2015

Meksikanın Quadoloxaro Universitetinin nümayəndəsi Sandra Karollina Torrika Sançez Bakı Dövlət Universitetinin tarix fakültəsinin qonağı olub. Hazırda Türkiyənin Hacəttəpə Universitetində magistratura pilləsində təhsil alan Torrika Sançez sülh və münaqişələr ixtisası üzrə təhsil alır. Torrika Sançezin BDU-ya gəlməkdə əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi mərhələlərini öyrənmək və tədqiq etməkdir. Torrika Sançez fakültə rəhbərliyi və professor-müəllim heyəti ilə görüşdə sualları cavablandırıb, tədqiqat apardığı sahə haqqında ətraflı məlumat alıb.

Mətbuat və informasiya şöbəsi, 17 iyun 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!