Media kapitanları BDU Jurnalistika fakültəsinin birinciləri ilə görüşüb

19/09/2016

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə adıçəkilən fakültənin müəllimləri, KİV rəhbərləri iştirak ediblər.

Fakültə dekanı, professor Cahangir Məmmədli tələbələri təbrik edib, Bakı Dövlət Universiteti, o cümlədən jurnalistika fakültəsinin tarixi və bu günü barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Ədalət"qəzetinin təsisçisi, millət vəkili  Aqil Abbas, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru  Osman Gündüz  çıxış ediblər. Media kapitanları tələbələri rəhbəri olduqları qurumlarla əlaqə saxlamağa dəvət edib, onların təcrübə əldə etmələri üçün istənilən köməyi göstərməyə hazır olduqlarını qeyd ediblər.

Sonda dekan müavini, dosent Könül Niftəliyeva tələbələri maraqlandıran sualları cavablandırıb, qonaqlarla xatirə şəkilləri çəkdirilib.


Mətbuat və informasiya şöbəsi, 16 sentyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!