“Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

28/04/2017

Bakı Dövlət Univer­si­te­tində “Müasir Azərbaycan  Psixoloqları” İc­ti­mai Birliyinin və Sosial elmlər və psixo­lo­gi­ya fa­kültəsi Tələbə Elmi Cəmiyyətinin bir­gə təş­kilatçılığıilə “Mədəni müxtəliflik şə­rai­tində şəxsiyyətin sosial adaptasiyası prob­­lemləri” möv­­zusunda Respublika elmi-prak­tik konfran­sı keçirilib.

Plenar iclası giriş sözü ilə Sosial elmlər və psixo­lo­gi­ya fakültəsinin dekanı, professor Hik­mət Əlizadə açaraq konfrasın BDU rek­to­ru­nun əmri əsasında “Müasir Azırbaycan Psixoloqları” İB-nin təşəbbüsü ilə keçirildiyini bildirib. Qeyd edib ki, tələbələrin I kursdan başlayaraq el­mi-təd­qiqat işlərinə cəlb edilməsi əsas vəzifə­lər­dən­dir və bu konfrans da onun əyani göstəri­ci­si­dir.

“Müasir Azər­baycan  Psixoloqları” İB-nin səd­ri, Psixologiya kafedrasının müdiri, AMEA–nın müx­bir üz­vü, professor Bəxtiyar Əliyev də çıxış edərək, konfransın mövzusunun əhə­miyyətindən, tələbə­lə­rin elmi araşdırmalara ma­rağın artırılma­sın­dan və bu işin gələcəkdə də davam etdirilməsinin zə­ru­ri­li­yindən danışıb.

Konfransda Azər­bay­can Dövlət Pe­daqoji Uni­ver­si­te­ti­nin Ümumi psi­xo­logiya ka­fe­dra­sı­nın müdiri, professor Ramiz Əli­yev, Azər­bay­can Dillər Uni­ver­sitetinin Psixologiya ka­fe­dra­sının müdiri do­sent Ceyhun Alıyevin çıxışları dinlənilib.

Sonra Qaim Cəfərli “Gənclərin so­sial-psixoloji adap­­tasiyasının xüsusiyyətləri”, Aytən Əfəndiyeva “Zo­rakılığa məruz qalan şəxs­lə­rin cəmiyyətə adap­ta­siyasının sosial-psixoloji təhli­li­nə dair”, Mahirə Hü­sey­nova “Uşaqların cəmiyyətə adaptasiyası”, İlahə Məm­mə­dova “Övladlığa gö­türü­lən uşaqların yeni ailəyə adap­ta­si­yası”, Tubuxanım Həmidova “Xüsusi qay­ğıya ehtiyacı olan şəxslərin  cə­miy­yə­tə adaptasiyasının sosial-psixoloji təhlili”, Nuranə Hü­seyn­li “Mədəni müxtə­lif­lik şəraitində mil­li azlıqların cəmiyyətə adapta­si­ya­sı”, Əsgərli Əs­mər “Yeni ailə quran gənc­lərin adap­ta­si­yası mə­sə­lə­si”, Cəmilə Mirzəyeva “Yaşlıların tə­qaü­də adap­ta­si­ya­sı” möv­zusunda məruzə ilə çıxış ediblər.

Plenar iclasdan sonra bölmələr üzrə tələbələrin hazırladıqları 40 elmi mə­ruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 28 aprel 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!