“Mədəni müxtəliflik: dünya və Azərbaycan” mövzusunda beynəlxalq elmi-praktik konfrans

29/04/2016

Bakı Dövlət Universitetində “Mədəni müxtəliflik: dünya və Azərbaycan” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, bu konfrans Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı sərəncamın tədbirlər planına əsasən keçirilir. Prezident İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda qeyd etdiyi kimi, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Rektor konfransın işinə uğurlar arzulayaraq onun Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində mühüm əhəmiyyət kəsb edəcəyini xatırladıb.

Daha sonra BDU-nun kafedra müdirləri, professorlar - Bəxtiyar Əliyev  “Mədəni müxtəliflik-şəxsiyyətin inkişaf məkanı”, Rəbiyyət Aslanova “Qloballaşma, mədəni kimlik böhranı və multikultralizm, Ağalar Abbasbəyli “Yeni dünya nizamı şəraitində multikultralizm”, Türkiyənin Yıldız Texniki universitetinin  professoru  Mehmet Özervarli “İkinci Mahmudun hakimiyyəti dövründə mədəni və dini tolerantlıq” mövzusunda   məruzələrlə çıxış ediblər.

Konfrans işini “Müasir dünyada milli identiklik problemləri”, “Mədəni müxtəliflik: yanaşmalar, təhlillər, perspektivlər”, “Multikulturalizm və dini müxtəliflik”,  “Tarixin müxtəlif mərhələlərində multikultural  proseslərin özünəməxəsusluğu”, “Multikultural proseslərin siyasi, hüquqi və iqtisadi çalarları”, “Milli-mədəni müxtəliflik fəlsəfə və sosiologiya baxımından”, “Vətəndaş cəmiyyətində multikultural inkişaf”, “Dil sistemləri multikultural  təzyiq altında” bölmələrində davam etdirib. Konfransa Azərbaycan, Türkiyə, Misir, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan ali məktəblərindən ümumilikdə 135 məruzə təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 29 Aprel 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!