«MDB: İnnovasiyalarda tərəfdaşlıq» mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

07/12/2011

Bu gün  Bakı Dövlət Universitetində “MDB: İnnovasiyalarda tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans (Road Show) öz işinə başlayıb. Konfransın təşkilatçıları – MDB-nin Nano texnologiyaları üzrə beynəlxalq İnnovasiya Mərkəzi, Birləşmiş Nüvə Araşdırmaları İnstitutu və Bakı Dövlət Universitetidir. Tədbir MDB-yə üzv dövlətlərin humanitar əməkdaşlığı üzrə Beynəlxalq Fondun təşkilati dəstəyi ilə yerinə yetiriləcək. Konfransın operatoru İnsiders kommunikasiya şirkətlər qrupudur.

İki gün davam edəcək konfransın plenar iclasını BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq “MDB məkanında innovasiya və nanotexnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzusunda məruzə edib. Akademik Abel Məhərrəmov bildirib ki, “XXI əsr elm və təhsil əsridir. Bu əsrin prioritet sahələri artıq ön plana çıxmışdır. Nano texnologiyalar bu prioritet sahələrdən biridir. Nanotexnologiyaların inkişafı  bəşəriyyətə bu günə kimi həlli mümkün olmayan problemlərin çözülməsi üçün sərhədsiz imkanlar açır. Nano texnologiyaların inkişafı yeni elmi-texnoloji inqilab hesab edilir. Bu gün, nanotexnologiyalar XXI əsrin iqtisadiyyatının sistemini təşkil edən bir amil kimi qəbul edilir”.

Akademik Abel Məhərrəmov respublikamızda nanotexnologiyaların inkişafında BDU-nun rolundan bəhs edərək 2005-ci ildə BDU-da Nano Araşdırmalar Mərkəzinin açıldığını, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının yarandığını, superparamagnit xarakteristikasına malik olan nano kompozisiyalı strukturların hazırlandığını və bu sahədə əldə edilən başqa nailiyyətlərdən danışıb.

Sonra MDB-nin Nanotexnologiyaları üzrə beynəlxalq İnnovasiya Mərkəzinin direktoru A.Ruzayev,Rossotrudnichestvo” təşkilatının Azərbaycan üzrə təmsilçisi E.Şeyxov, “Rusiyanın vençur şirkəti”nin Kommunikasiya və İnkişaf Departamentinin başçısı  Y.Kuznetsov, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin direktoru Fərman Qasımov və başqaları çıxış edərək konfransın əhəmiyyətindən, bu sahənin daha da inkişafına verəcəyi töhfələrdən bəhs ediblər.

“MDB: İnnovasiyalarda tərəfdaşlıq” mövzusunda beynəlxalq konfransın (Road Show) önəmli hissələrindən biri də “təkbətək” format çərçivəsində görüşlərin təşkilidir. Bu görüşlər zamanı tərəflər arasında işgüzar əlaqələrin yaradılması, əməkdaşlıq, perspektivli innovasiya proyektləri üzrə ilkin razılığın əldə edilməsi nəzərdə tutulur.

Sonda Bakı Dövlət Universiteti ilə “İnsiders” Kommunikasiya qrupu arasında  BDU-nun nəzdində Texnoparkın yaradılması üzrə layihənin birgə reallaşdırılmasına dair Memorandum imzalanıb.

M
ətbuat və İnformasiya şöbəsi, 7 dekabr 2011


Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: AzerTac.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!