MC&S media monitorinq qrupu ötən ay üzrə məlumatların hesabatını təqdim edib

08/10/2014

“Media Consulting and Services”in (MC&S) media monitorinq qrupu ötən ay üzrə məlumatların hesabatına yekun vurub. Şirkətdən AzərTAc-a bildirilib ki, monitorinqə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin mediareytinqi hesablanıb. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında “Bakcell” (461 məlumat), banklar arasında “Kapital Bank” (275), sığorta şirkətləri arasında AXA MBASK (101), ali məktəblər arasında Bakı Dövlət Universiteti (835), otel və biznes mərkəzləri arasında “Hilton” (194), avtomobil markaları arasında “Mercedes” (120) irəlidədir.

Qeyd edək ki, monitorinq qrupu televiziya, çap və on-line media daxil olmaqla 160-dan çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və digər sahələrin media monitorinqini aparır. Hesabatla bağlı daha ətraflı məlumatı news1@mcs.az elektron ünvanından və 012-5678461 telefon nömrəsindən almaq olar.

Mətbuat və informasiya şöbəsi, 08 oktyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!