“Müasir Biologiyanın İnnovasiya Problemləri” mövzusunda konfrans - VİDEO

16/05/2014

Bu gün Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin  anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri” mövzusunda 4-cü Beynəlxalq Elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı xidmətlərindən bəhs edib.  Deyib ki, hər dəfə dediyim bir fikri bu dəfə də təkrar etmək istəyirəm ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bi siyasi kurs ölkədə uğurla davam etdirlir. Biz eyni zamanda fəxr edirik ki, ulu öndər Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub.

Sonra millət vəkili, professor Kamilə Əliyeva “Ulu öndər  Heydər Əliyevin təhsilin inkişafındakı rolu”, Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev “Müasir biologiyanın son nailiyyətləri” mövsuzunda çıxış ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib. “Bitki fiziologiyası, Biokimya, Biofizika, Molekulyar Biologiya”, “Zoologiya”, “İnsan və Heyvan Zoologiyası və Genetika”, “Botanika və Mikrobiologiya” bölmələrində ümumilikdə  134 məruzə dinlənilib.


Mətbuat və informasiya şöbəsi, 16 may 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!