"Müasir biologiyanın innovasiya problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

25/05/2012

Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, əməkdar elm xadimi, professor Mirəli Axundovun anadan olmasının 110-cu ildönümü münasibətilə gənc alimlərin və tədqiqatçıların «Müasir Biologiyanın innovasiya problemləri» mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransın plenar iclasını giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Mirəli Axundovun həyat yolundan, böyük elmi məktəbin yaradıcısı kimi xidmətlərindən bəhs edib.

Sonra Biologiya fakültəsinin genetika və təkamül təlimi kafedrasının müdiri, professor Rauf Quliyev və biologiya fakültəsinin dekanı, professor Akf Quliyev məruzə ilə çıxış ediblər.

Konfrans işini «Bitki fiziologiyası, biokimya, biofizika və molekulyar biologiya», «İnsan və heyvan fiziologiyası və genetika», «Botanika, mikrobiologiya və ekologiya» bölmələrində davam etdirəcək.

Mətbuat və informasiya şöbəsi, 25 may 2012-ci il


 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!