“Müasir biologiyanın innovasiya problemləri” ilə bağlı müzakirələr aparılıb

27/04/2017

Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən, gənc alimlərin və tədqiqatçıların “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda VII beynəlxalq elmi konfrans keçirilib.

Alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri beynəlxalq konfransda BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz tarixi xidmətlərindən, xilaskarlıq rolundan danışıb. Ulu öndərin elmə, təhsilə daim böyük önəm verdiyini xatırladan rektor Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.

Müasir dünyada elmə, təhsilə xüsusi əhəmiyyət verildiyini qeyd edən akademik Abel Məhərrəmov BDU-da bu sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən söz açıb. Gənc alim və tədqiqatçılar üçün böyük əhəmiyyət daşıyan konfransın işinə uğurlar arzulayan rektor diqqətə çatdırıb ki, hər il keçirilən bu təbir müsbət nəticələr verməkdədir.

BDU-nun Biologiya fakültəsinin dekanı, professor Akif Quliyevin “Müasir biologiyanın innovasiya problemləri”, mikrobiologiya kafedrasının doktorantı və müəllimi, Prezident mükafatçısı Aygün İsrayılovanın “Yeni antimikrob maddələr və onların əhəmiyyəti” mövzularında məruzələrindən sonra konfrans işini “Bitki fiziologiyası, biokimya, biofizika, molekulyar biologiya”, “Zoologiya”, “İnsan və heyvan fiziologiyası və genetika”, “Botanika və mikrobiologiya” bölmələri üzrə iclaslarla davam etdirib.

Konfrans aprelin 28-də başa çatacaq.

Mətbuat və informasiya şöbəsi, 27 aprel 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!