“Mahir nişançı” güllə atıcılığı üzrə X Respublika turniri başa çatıb

24/02/2017

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 26 fevral-Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ənənəvi olaraq “Mahir nişançı” güllə atıcılığı üzrə X Respublika turniri keçirilib.

Turnirdə Bakı şəhərində fəaliyyət göstərən 20-dən artıq ali və orta ixtisas təhsili müəssisələrinin 100-dən artıq tələbəsi iştirak edib.
Yarışda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının komandası 1-ci yeri, Azərbaycan Turizm Universitetinin komandası 2-ci yeri, Bakı Dövlət Universitetinin "Azəri İgidləri" komandası isə 3-cü yeri tutublar. 
Qaliblər Gənclər və İdman Nazirliyinin fəxri fərmanı və mükafatı ilə təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 24 fevral 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!