Magistrlər Moskva Fizika-Texniki İnstitutunda təhsil almaq üçün imtahan veriblər

24/01/2011

Bu gün Bakı Dövlət Universitetinin Kimya, Fizika və Geologiya fakültəsinin I və II kursunda təhsil alan 17 nəfər magistr BDU və Moskva Fizika-Texniki İnstitutu (MFTİ) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən MFTİ-də magistratura təhsillərini davam etdirmək üçün imtahan veriblər. İmtahan prosesini izləyən rektor, akademik Abel Məhərrəmov tələbələrlə söhbət edib, suallarla maraqlanıb, onların hər birinə uğurlar arzulayıb.İmtahan MFTİ-nin əməkdaşları Slobodyanin Valeriy Pavloviç və Nazar Agaxanov Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Müsabiqədən keçmiş tələbələr fevral ayından etibarən təhsillərini adıçəkilən institutun müvafiq fakültələrində davam etdirəcəklər. MFTİ müsabiqənin 2 nəfər qalibini öz hesabına oxutmaq niyyətindədir. Əgər müsabiqədən keçənlərin sayı 2 nəfərdən çox olarsa, onların təhsillərini Azərbaycan dövləti öz üzərinə götürəcək.Fizika fakültəsindən 7, Geologiya və Kimya fakültələrinin hər birindən isə 5 magistrin qatıldığı imtahan sualları MFTİ tərəfindən tərtib edilib.İmtahan prosesini Azərbaycan tərəfindən Fizika fakültəsinin professoru Rəna Qasımova və Fizika İnstitutunun professoru Nadir Abdullayev də izləyiblər.Bir daha xatırladaq ki, imtahan Bakı Dövlət Universiteti ilə MFTİ arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumuna əsasən keçirilib. Sənəddə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, BDU-nun tövsiyəsi ilə MFTİ-də keçirilən müsabiqə və qəbul sınaqları əsasında bu institutun bakalavriatura və magistraturasına qəbul, universitetlərin tələbələri tərəfindən MFTİ-nin və BDU-nun elmi-tədris laboratoriyalarında təcrübənin keçirilməsi, birgə layihələr mövzusunda elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 24 yanvar 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!