Magistrantlar ingilis dilində müdafiə ediblər

26/05/2015

BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq iqtisadi münasibətlər, gömrük işi, iqtisadi nəzəriyyə, beynəlxalq münasibətlər, diplomatiya və müasir inteqrasiya prosesləri ixtisaslaşması üzrə ingilis bölməsində təhsil alan magistrantların dissertasiyalarının müdafiəsi başlanıb. Magistrantlar ilk dəfə olaraq dissertasiya işlərini təhsil aldıqları ingilis dilində hazırlayıb və müdafiəyə buraxılıblar. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın rəhbərlik etdiyi müdafiə komissiyasının üzvləri fakültənin ingilisdilli mütəxəssislərindən təşkil olunub.

Magistrantların çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Onlar təhsil aldıqları ixtisasa mükəmməl yiyələndiklərini nümayiş etdirməklə yanaşı, ingilis dili sahəsində də yüksək bilik əldə etdiklərini göstəriblər.

Mətbuat və informasiya şöbəsi, 26 may 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!