Magistrantlar beynəlxalq komissiya qarşısında müdafiə etdilər, sertifikatlara layiq görüldülər

10/07/2015

Avropa Birliyinin TEMPUS proqramı çərmivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar-mitinqi 08-10 iyul tarixlərində Bakı Dövlət Universitetində keçirilib. Seminarda  İtaliyanın Sapienza, Fransanın Paris 13, Yunanıstanın Patras Universitetlərinin nümayəndələri, Bakı  Dövlət, Azərbaycan İnşaat və Memarlıq, Qafqaz Universitetlərinin, AZECOLAB şirkətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi iştirak edib. Seminar-mitinqin ilk günündə “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması haqqında müzakirələr aparılıb. Avropa təhsil proqramlarına uyğun hazırlanması nəzərdə tutulan bu ixtisaslaşmada bakalavr təhsil pilləsində tədris edilmiş fənlərin deyil, ancaq ixtisasyönümlü fənlərin tədrisinin nəzərdə tutuldugu bildirilib.

Layihənin növbəti günündə Azərbaycan universitetlərinin İtaliya, Fransa və Yunanıstana ezam olunmuş magistrantlarının postmagistr dissertasiya işlərinin müdafiəsi keçirilib. İngilis dilində keçirilən müdafiədə 12 magistrantın hər birinin məruzəsi beynəlxalq komissiya tərəfindən qiymətləndirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov təqdim olunan işləri yüksək dəyərləndirib, magistrantların məruzələrinin belə yüksək səviyyədə olmasında elmi rəhbərlərin gərgin əməyini xüsusilə qeyd edib. Bildirib ki, layihənin real nəticələri göz önündədir. Bu, Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasının ən real nümunəsidir.

Layihənin rəhbəri,  professor Luca Di Palma, Azərbaycan universitetləri üzrə koordinator, professor Məhəmmədəli Ramazanov görülən işlər barədə məlumat verib və sonrakı fəaliyyət planlarını müzakirə ediblər.

Seminarda həmçinin “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması ilə əlaqədar Təhsil Nazirliyinin nümayəndəsi İlham Hümbətov çıxış edərək bildirib ki, bu cür layihələri Təhsil Nazirliyi yüksək dəyərləndirir və həmişə dəstəkləyəcəkdir.

Sonda magistrantlara uğurlu müdafiə işlərinə görə sertifikatlar verilib. Seminar-mitinqdə Avropa universitetlərinin 11 professoru iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 10 iyul 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!