“İLİN ƏN YAXŞI TƏLƏBƏSİ” müsabiqəsinin qalibləri mükafatlandırılıb

24/12/2014

Bu gün BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov “İlin ən yaxşi tələbəsi” adını qazanmış tələbələri təbrik edərək onları bu fəxri ada daim sadiq qalmağı və daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, öz növbəsində, qaliblərini təbrik edərək THİK-in 2014-cü ildə sərgilədiyi fəaliyyət, həyata keçirilmiş tədbirlər və görülməli işlər haqqında məlumat verib. Sonda rektor Abel Məhərrəmov müsabiqə qalibi olmuş tələbələrə diplomlar təqdim edib. Mərasim konsert proqramı ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 24 dekabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!